10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: "Sərfəli nəticə üçün əlimizdən gələni edəcəyik"

"Rəqibimizin Çempionlar Liqasında həm Belarusun "Dinamo" (Brest), həm də Avstriyanın "Zaltsburq" komandaları ilə keçirdiyi matçları izləmişəm. Özünəməxsus oyun taktikası olan komandadır".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi"yə qarşı keçirəcəkləri Avropa Liqasının I qrupunun ilk tur matçı barədə danışarkən deyib. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməyən 48 yaşlı mütəxəssis bildirib ki, "Makkabi"nin yaxşı oyun fəlsəfəsi var.

Qurbanov hazırda Qarabağda müharibə getdiyi üçün fikirlərinin Azərbaycan əsgərlərinin yanında olduğunu diqqətə çatdırıb: "Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir".

Baş məşqçi futbolçuları sabahkı matça motivasiya etməyə və sərfəli nəticə qazanmaq üçün əllərindən gələni etməyə çalışacaqlarını diqqətə çatdırıb.

Qeyd edək ki, oktyabrın 22-də "Blumfild" stadionunda keçiriləcək "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30