9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Elmar Baxşıyev: “Erməni terrorunu lənətləyirik”

“Füzuli şəhərinin işğaldan azad olması münasibətilə təbrik edirəm. Klub olaraq erməni terrorunu lənətləyirik".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının VI turunda səfərdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, komandalar arasında fərq hiss olunur: "Qarabağ" təşkilatlanmış kollektivdir. Biz isə yeni klubuq. İnanıram ki, getdikcə yaxşı yerlərə yüksələcəyik".

Baxşıyevin sözlərinə görə, oyun ərzində fərqlənmək üçün şansları olub: "Amma rəqib elə bir komandadır ki, hər zaman səni təzyiq altında saxlayır. Bu gün "Qarabağ" layiqli qələbə qazandı. Bu gün onlar bizdən güclü idi".

Baş məşqçi Qismət Alıyevin yoxluğunun hiss olunduğunu söyləyib: "Məşqçinin işi heyifsilənmək yox, daha artıq çalışmaqdır. Gənclərimiz var, Qismətin yerini doldura biləcəklər".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30