29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Erməni terrorundan Gəncə şəhər stadionu da zərər gördü

“Kəpəz”in ev oyunlarını keçirdiyi Gəncə stadionu da Ermənistan ordusunun şəhəri raket atəşinə tutması nəticəsində zərər görüb.

Futbolxeber.az saytının klubun Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, gecə saatlarında Gəncədə dinc əhalini xaincəsinə hədəfə alan düşmənin artilleriya zərbəsi nəticəsində bir çox obyektlər kimi, yaxın ətrafda olan arenaya da zərər dəyib. Stadionun inzibati binasında qapı və pəncərələrin çərçivələri yerindən çıxıb, şüşələr qırılıb.

Həmin vaxt stadionda mühafizə xidmətinin əməkdaşları və pansionatda qalan gəlmə futbolçular olub. Xoşbəxtlikdən, xəsarət alan olmayıb.

Stadiondakı vəziyyətlə bağlı müvafiq qurumlara məlumat verilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31