9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Legiya"nın idman direktoru: "Qarabağ"a yanlış qərarlar üzündən uduzduq"

"Qarabağ" bizdən daha yaxşı təşkilatlanıb. Rəqib matça ciddi hazırlaşmışdı. Meydanda rahat hərəkət edirdilər".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Polşa "Legiya"sının idman direktoru Radoslav Kuxarski UEFA Avropa Liqasının pley-off mərhələsində evdə "Qarabağ"a 0:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

Klub rəsmisi bildirib ki, Azərbaycan çempionunu yalnız bəzi epizodlarda üstələyə biliblər: "Heyətlə bağlı yanlış qərarlar, fərdi, texniki və taktiki səhvlər ucbatından mübarizəni dayandırdıq. Halbuki bu cür matçlarda belə şeylər olmamalıdır. Pis qərarlar qəbul etdik. Nəticədə hücum və müdafiədə istədiyimizi edə bilmədik".

Kuxarski komandasının "Qarabağ"dan çəkinmədiyini desə də, futbolçuların təzyiq altında oynamağı bacarmadığını etiraf edib: "Hər il bu problemlə üzləşirik. Təkcə futbolçuları günahlandırmıram. Hər gün onlarla işləyirəm, hətta bazaya gətirirəm. Mənim istefam üçün ciddi səbəb olmadığını göstərməyə çalışıram. Bir neçə nəfər qurban verilə bilər, amma problem hələ də davam edir".

Qeyd edək ki, "Qarabağ" bu qələbə sayəsində ardıcıl 7-ci dəfə avrokubokların qrup mərhələsinə vəsiqə əldə edib ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30