28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

AFFA süni meydançalar üçün tender elan etdi

AFFA kiçik ölçülü süni örtüklü meydançaların quraşdırılması üçün belə örtüklərin alınması məqsədilə tender elan edib.

Futbolxeber.az-ın assosiasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, təkliflərin qiymətləndirilməsi zamanı şəffaflıq qorunacaq və prosesin təhlükəsizliyi təmin olunacaq.

Tenderə qatılmaq istəyənlərdən “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi”ni müvafiq qaydada dolduraraq AFFA-ya göndərmələri xahiş olunur. Əks halda, həmin təklif tenderdə iştirak edə bilməyəcək.

Eyni zamanda, qiymət təklifi və yuxarıda qeyd olunan “Şirkətlərin uyğunluğu üzrə sorğu vərəqi", eləcə də şirkət tərəfindən irəli sürülən tender təklifi qalib olduğu halda, tələb edilən işlərin vaxtında təhvil veriləcəyinə dair zəmanət məktubu oktyabrın 22-i saat 17:00-dək bağlı zərfdə AFFA-nın inzibati binasına (Ünvan: Bakı şəhəri, Xətai rayonu, 2208-ci məhəllə, Nobel prospekti, 57F) göndərilə bilər.

Ödənişin yarısı əvvəlcədən, digər hissəsi isə mallar çatdırıldıqdan sonra ediləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31