Ölkə futbolu
Əli Qurbani: "Azərbaycan yığmasında oynamağa hazıram"
"Baş məşqçi bütün oyunlarımı izlədikdən sonra klubumun meneceri ilə danışdı və məni yığmaya dəvət etdi. İran yığmasında oynamaq imkanım olmadığı üçün bu təklifi müsbət qarşlayaraq qəbul etdim".
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Sumqayıt"ın futbolçusu Əli Qurbani Azərbaycan millisinə çağırılması barədə danışarkən deyib.
Cənubi azərbaycanlı hücumçu yığmada oynamaq üçün bütün sənədlərinin hazır olduğunu bildirib: "Mənə Azərbaycan pasportu veriblər. Hazırda ikili vətəndaşlığım var və bu yığmada oynaya bilərəm. Bu, mənim İranı tərk etməyim demək deyil".
Azərbaycan Premyer Liqasını İran çempionatı ilə müqayisə edən 30 yaşlı forvard buradakı klubların yaxşı infrastruktura sahib olduğunu söyləyib: "Liqanın səviyyəsi yaxşıdır. Klublarda hər cür şərait var. İdman obyektləri, oyun və məşq meydanları, paltardəyişmə otaqları yaxşı vəziyyətdədir. Hansısa klubda çatışmazlıq olsa, onu oyuna buraxmırlar. Burada keyfiyyətli oyunçular çıxış edir. Komandalar taktiki cəhətdən yaxşı oyun göstərirlər. İranda isə şərtlər fərqlidir. Çempionatda daha çox komanda iştirak edir. Azərbaycan futbolundakı şərait oradakından yaxşıdır. Bu isə yarışın keyfiyyətinə təsir edir. Texnika və istedad baxımından iranlı futbolçular öndədirlər. Bu mənada, iranlı oyunçu istənilən liqada çıxış edə bilər".
"Sumqayıt"a keçidi barədə də danışan Premyer Liqanın bombardiri "Sepahan"dan ayrıldıqdan sonra ölkə xaricindən xeyli təklif aldığını vurğulayıb: "Vəziyyət elə gətirdi ki, qısa zamanda növbəti komandamı seçməli oldum. Hər şey çox ani baş verdi. Anlaşdıq və mən "Sumqayıt"a qoşuldum. Hətta mövsümün ortasında Yunanıstandan təklif almışdım. Amma həmin vaxt komandanı tərk edə bilmədim".
Qeyd edək ki, Əli Qurbani 5 turdan sonra 5 qolla Azərbaycan çempionatının ən sərrast futbolçusudur. Millimizin baş məşqçisi Canni De Byazi Cənubi azərbaycanlı futbolçunu Monteneqro və Kiprlə oyunlar üçün yığmaya dəvət edib ("Report").
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb
-
12:08
“Şamaxı”da daha bir ayrılıq