29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Millimiz Slovakiyaya məğlub oldu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avro-2021-in seçmə mərhələsində növbəti oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Milan Obradoviçin komandası "Nitra" stadionununda Slovakiyanın qonağı olub.

İkinci hissədə meydan sahibləri hesabı açsalar da, çox keçmədən yığmamız rəqib qapısına yol tapmağa müvəffəq olub. Lakin qarşılaşmanın son saniyələrində qapısında ikinci qlu görən U-21 yığmamız meydanı xalsız tərk edib. 

Bu nəticədən sonra millimiz 6 xalla qrupda 5-ci, Slovakiya isə 9 xalla dördüncü pillədə qərarlaşıb.

AVRO-2021, seçmə mərhələ

II qrup

8 oktyabr

Slovakiya - Azərbaycan 2:1

Qollar: Lubomir Tupta, 62 (1:0), Mert Çelik, 66 (1:1), İvan Mesik, 90+4 (2:1)

Baş hakim: Kristoffer Hagenes (Norveç)

Nitra. "Nitra" stadionu

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31