28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Kipr yığmasının üzvü millimizə qarşı oynamayacaq

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibi Kipr komandasının futbolçusu Niklas İoannu yığmamızla matçı buraxacaq.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə  25 yaşlı müdafiəçi açıqlama verib. O, ölkəsinə yollana bilmədiyi üçün növbəti görüşləri buraxmalı olacağını deyib.

Hazırda İngiltərənin "Nottingem Forest" klubunda çıxış edən İoannu yalnız gözlənilməz hallar istisna olmaqla sözügedən ölkəni tərk edə biləcəyini vurğulayıb.

Bundan əlavə, oyunçu Çexiya ilə yoldaşlıq matçını da buraxacaq.

Qeyd edək ki, Kipr yığması oktyabrın 7-də Çexiya, 10-da Lüksemburq, 13-də isə Bakıda Azərbaycan millisi ilə üz-üzə gələcək. Qarşılaşma saat 20:00-da start götürəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31