28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Qarabağ"dan Avropa Liqasındakı ev oyunları ilə bağlı açıqlama

"Qarabağ" hərbi vəziyyətlə bağlı Azərbaycanda tətbiq olunan komendant saatına görə UEFA Avropa Liqasının qrup mərhələsindəki ev oyunlarını neytral meydanda keçirmək barədə düşünmür.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə "Report"a Ağdam klubunun baş meneceri Asif Əsgərov açıqlama verib.

Onun sözlərinə görə, sözügedən məsələ ətrafında qitə futbol qurumu ilə hər hansı müzakirə olmayıb.

Əsgərov bildirib ki, qrup mərhələsinin təqvimində ev matçlarının yeri kimi Tofiq Bəhramov adına Respublika Stadionu göstərilib: "UEFA dünən həm oyun saatlarını, həm də stadionları açıqladı. Orada mərkəzi arena qeyd olunub. Bakıdakı matçların saatı isə 21:55-dir. Ümumiyyətlə, neytral meydan barədə klubla UEFA arasında heç bir danışıq olmayıb. Hələ belə bir məsələ gündəmdə deyil".

Qeyd edək ki, "Qarabağ" İspaniyanın "Vilyarreal", İsrailin "Makkabi" (Tel-Əviv) və Türkiyənin "Sivasspor" klubları ilə birlikdə I qrupunda yer alıb. Azərbaycan çempionu evdə ilk oyununu oktyabrın 29-da La Liqa təmsilçisinə qarşı keçirəcək.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31