9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Füzuli Məmmədov: “Qəbələ” bizdən daha istəkli idi”

“Nə qədər çalışsaq da, komandanı oyuna istədiyimiz kimi kökləyə bilmədik. Rəqib bizdən daha istəkli idi. Bu, meydanda da görünürdü. Çox top itkilərimiz olurdu. Yaxşı hazırlaşa bilməmişdik. Qalib gəlmək istəsək də, alınmadı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının IV turunda evdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis bildirib ki, komandası son dəqiqələrdə qol vurub məğlubiyyətdən qaçmaq istəyirdi: “Uduzmaq istəmirdik. Hətta qalib gəlmək üçün meydana çıxmışdıq. Amma vaxt çatmadı. Yenə deyirəm, komandam yaxşı oynamadı”.

O, müdafiəçi Anton Krivotsyukun çıxışına da toxunub: “Anton pis oyunçu deyil. Düzdür, çox səhvlər etdi. Amma yaxşı futbolçudur. Gərək, özü də məsuliyyətli olsun. Çünki uşaq deyil. Zəif oynayacaq, ehtiyatda qalacaq”.

Baş məşqçi Prins İbaranın əvəzlənməsinin səbəbini açıqlayıb: “İbara yorulmuşdu. Hələ tam formasını yığmayıb. İki hücumçu ilə oynaya bilərdik. Amma belədə məğlub da ola bilərdik. Futbolçular oyuna daha yaxşı hazılaşmalıdırlar”.

Məmmədov bərabərlik qolunun müəllifi olan Samir Buqrinin qarşıdakı matçlarda meydana start heyətində çıxa biləcəyini istisna etməyib: “Məşqlərinə baxacağıq. Son matçlarda zəif oynamışdı. Belə davam etsə, start heyətində meydana çıxa bilər”.

Məmmədov bildirib ki, top saxlamaq üçün keyfiyyət və praktika lazımdır: “Düşünürəm ki, oyundan-oyuna daha yaxşı çıxış edəcəyik. Məşqlərdə topla oynamağa üstünlük veririk. Amma oyun fərqlidir. İstədiyimiz alınmadı. “Şkupi” ilə matçda başqa səhvlər var idi. Bu gün meydanda komandamın topu qazanandan sonra açılmasını görə bilmədim”.

Mütəxəssisin sözlərinə görə, futbolçularda psixoloji hazırlığı yüksəltmək üçün çox çalışırlar: “Onlar uşaq deyillər. Özlərini oyuna hazırlamalıdırlar. İstək olmayanda, bədən də oyuna hazır olmur”.

Məmmədov belə zamanlarda futbolçuların yanında olmağın vacibliyini vurğulayıb: “Bu gün qələbə qazanmaqla turnir cədvəlində lider ola bilərdik. Bunu futbolçulara da demişdik. Sadəcə, tam köklənə bilmədilər. Oyunlar mübarizə şəraitində keçir. Kim daha yaxşı mübarizə aparsa, o da qələbə qazana biləcək. Cəza versək, bu, oyunçuların ziyanına ola bilər. Oyunları analiz edirik, səhvlərini göstəririk, amma meydanda səhvlər edirik”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30