29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Neftçi" ilə "Nobel İlaç" arasında əməkdaşlıq müqaviləsi bağlanıb

"Neftçi” Peşəkar Futbol Klubunu dəstəkləyən şirkətlər arasına daha biri daxil olub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “a-qaralar”la "Nobel İlaç” əczaçılıq şirkəti arasında qarşılıqlı əməkdaşlıq haqqında razılıq əldə edilib. Tərəflər 1 illik müqaviləyə imza atıb.

Razılaşmaya əsasən, bu müddətdə "Neftçi”nin əsas komandasının ev oyunları zamanı stadion ərazisində yerləşən reklam lövhələrində şirkətin fəaliyyəti ilə bağlı təbliğat materialları yerləşdiriləcək. "Neftçi TV” və kluba məxsus sosial media səhifələrində "Nobel İlaç”a məxsus məhsulların əmtəə nişanları yer alacağı paylaşımlar ediləcək və digər xidmətlər göstəriləcək.

Qeyd edək ki, beynəlxalq səviyyədə fəaliyyət göstərən və geniş coğrafiyanı əhatə edən "Nobel İlaç” 1964-cü ildə yaradılıb. "Nobel İlaç” müvəffəqiyyətinin yüksək olduğu əczaçılıq sənayesindəki 50 ölkəyə ixracatla Türkiyədə yeganə yerli dərman şirkətidir. Beynəlxalq standartlara uyğun istehsal olunan təsirli və yüksək keyfiyyətli məhsulları ilə həyat keyfiyyətini artırmağı hədəfləyən şirkət 20-dən çox ölkədə öz nümayəndəliyi ilə fəaliyyətini davam etdirir, peşəkar şəkildə təchiz edilmiş, 2500 nəfər işçisi olan böyük bir ailə olaraq evdə və xaricdə qlobal xidmət göstərir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31