29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Neftçi” - “Qəbələ”: 53-cü duel

Azərbaycan Premyer Liqasında IV turun son günündə meydana çıxacaq “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq.

Futbolxeber.az saytının məlumatına görə, sentyabrın 27-də keçiriləcək görüş “Dalğa Arena”da baş tutacaq.

Bakıdakı matç rəqiblərin 53-cü dueli olacaq. Bu dəfəki görüşə qədər iki komanda arasında 52 oyun keçirilib. İndiyədək 17 qələbə qazanan “qırmızı-qaralar” 12 dəfə heç-heçə edib və 23 matçdan məğlub ayrılıb. Rəqib qapısından 65 top keçirən “Qəbələ” qapısında 73 qol görüb.

Premyer Liqa çərçivəsində 48-ci duelə qədər rəqiblər 47 çempionat matçında qarşılaşıb. “Qəbələ” 16 dəfə qalib gəlibsə, 9 dəfə 1 xalla kifayətlənib və 22 dəfə uduzub. 58 qola imza atan komanda 67 top buraxıb.

26-cı dəfə “Neftçi”nin qonağı olacaq “Qəbələ” səfərdə 9 dəfə qalib gəlib. 6 heç-heçə edən meydan sahibləri 10 dəfə məğlubiyyətlə barışıb. Bu matçlarda 30 dəfə fərqlənən “Qəbələ” futbolçuları 36 qol buraxıb (gabalafc.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31