29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Rumıniya klubu məğlubiyyətə görə Əliyar Ağayevi günahlandırdı

UEFA Avropa Liqasının III təsnifat mərhələsində evdə Çexiya "Slovan"ına məğlub olan Rumıniya "Styaua"sı matçın azərbaycanlı baş hakimi Əliyar Ağayevdən narazıdır.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun idman direktoru Mixay Stoyka "Prosport.ro"ya açıqlamasında bildirib.

Klub rəsmisi 0:2 hesabı ilə uduzduqları görüş üçün FIFA referisini günahlandırıb.

Stoyka Ağayevin qarşılaşmada düzgün qərarlar vermədiyini iddia edib: "Matçın əvvəlində Ovidiu Perianuya qarşı kobudluq oldu. Futbolçu bəlkə də, normal şəkildə yerə yıxılmadı. Amma penalti verilə bilərdi, hakim isə simulyasiyaya görə futbolçumuzu sarı vərəqə ilə cəzalandırdı. Halbuki bu penalti idi. 20-ci dəqiqədə Stefan Sana qayda pozuntusuna görə qırmızı vərəqə aldı və meydandan kənarlaşdırıldı. Lakin orada çiyin-çiyinə mübarizə var idi".

Qeyd edək ki, Əliyar Ağayev sözügedən qarşılaşmada "Styaua"nın 2, "Slovan"ın isə 3 futbolçusuna sarı vərə göstərib (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31