8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Bazar günü “Qarabağ” barədə hazır material əldə edəcəyik”

"Meydanda etməli olduğumuz işi gördük. Bəzi hallarda istədiyim kimi oynadıq, amma çox çalışmalı olduğumuz məqamlar var”.

Futbolxeber.az saytının məlumatına görə,  bu sözləri “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının 3-cü təsnifat mərhələsində Kosovo "Drita"sını məğlub etdikləri oyundan (2:0) sonra mətbuat konfransında deyib.

Bir neçə gün əvvəl "Legiya"ya baş məşqçi təyin edilən 50 yaşlı mütəxəssis artıq pley-offda "Qarabağ"la keçiriləcək görüşü düşündüklərini bildirib: “Pley-offa daha yaxşı hazırlaşmalıyıq. “Qarabağ”ı diqqətlə öyrənməliyik. Düşünürəm ki, bazar günü rəqibimiz barədə hazır material əldə edəcəyik. Məqsədimiz qrupa vəsiqə qazanmaqdır. Polşa çempionatındakı görüşümüzün təxirə salınması “Qarabağ”la matça hazırlaşmaq baxımından bizə əlavə vaxt qazandırdı. Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da yolunda olmayan nələrinsə olduğunu ortaya çıxaracaq”.

Qeyd edək ki, “Legiya” - “Qarabağ” oyunu oktyabrın 1-də Polşanın paytaxtı Varşavada keçiriləcək. Qalib gələn komanda Avroliqanın qrup mərhələsinə yüksələcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30