29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Yamaykalı hücumçu Azərbaycan klubu ilə danışıq aparır

"Planım yenidən ölkə xaricinə getmək və ən yüksək səviyyədə oynamaqdır. Türkiyə, İran və ya Azərbaycanda çıxış etmək fikrindəyəm. Hədəfim bu ölkələrdir. Agentim bu ölkələrin bir neçə klubu ilə danışıqları davam etdirir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Yamaykanın "Humble Lions" klubunda çıxış edən "Keşlə"nin sabiq futbolçusu Andre Klennon deyib.

Yamaykalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında koronavirus pandemiyası səbəbindən hələlik xarici kluba transferinin alınmadığını bildirib: "Hər şeyin yoluna düşməsini gözləyirəm, xaricdə oynamaq həmişə mənim xəyalımdır. Hansı kluba keçsəm, hazır olmaq və formada qalmaq üçün çalışıram".

Qeyd edək ki, 2018/2019 mövsümündə "Keşlə"də çıxış edən Andre Klennon  26 oyuna 4 qol vurub.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31