10 Iyun 2024, Bazar ertəsi
"Zirə" Çantakiasla vidalaşdı
"Cəbrayıl" I Liqaya yaxınlaşdı
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik

Ölkə futbolu

“Keşlə” rekordunu təkrarladı

“Keşlə” Azərbaycan Premyer Liqasının startında ardıcıl 3-cü quru oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Sumqayıt” üzərində 1:0 hesablı qələbədən sonra Yunis Hüseynovun yetirmələri “Qarabağ” və “Qəbələ” ilə qolsuz heç-heçə edib.

Mövsümün ilk üç oyununda qapısını toxunulmaz saxlamaq “Keşlə” üçün ən yüksək göstəricidir. Bakılılar indiyədək iki dəfə bu rekord nəticəyə imza atıb. 2006/07 və 2010/11 mövsümlərində ilk üç matçı quru keçirən paytaxt təmsilçisinin seriyası IV turda qırılıb. Növbəti turda meydanı qol buraxmadan tərk etsə, “Keşlə” mütləq rekorda imza atacaq.

Qeyd edək ki, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da oynamış “Keşlə” 1999/2000 mövsümündən güclülər dəstəsində mübarizə aparır (pfl.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30