8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

V turun ən yaxşısı - Rauf Əliyev

Azərbaycan Premyer Liqasında 5-ci turun statistik göstəriciləri açıqlanıbr. Futbolxeber.az-ın məlumatına görə, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən turun rəmzi yığması aşağıdakı kimidir:

Qapıçı: Cahangir Həsənzadə (AZAL)

Müdafiəçilər: Aleksandr Şemonayev (AZAL), Rəşad Sadıqov (Qarabağ), Oskars Klava (AZAL), Branislav Arsenyeviç (AZAL)

Yarımmüdafiəçilər: Ruslan Tağızadə (AZAL), Lorenzo Ebesilio (Qəbələ), Əfran İsmayılov (Bakı), Mindauqas Kalonas (Bakı)

Hücumçular: Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq)

Bu tur topa ən çox sahib olan komanda "Qarabağ", ən çox hücum təşkil edən isə "Xəzər Lənkəran" olub. Ağdam təmsilçisi, həm də dəqiq ötürmələrin sayında liderdir. "Rəvan" futbolçuları 9 dəfə oyundan kənar vəziyyətə düşüblər.

Təkbətək mübarizələrdə "Qəbələ" futbolçuları daha yaxşı nəticə göstəriblər. "Sumqayıt" klubu isə bu tur ən çox top itkisinə yol verən komandadır.

Turun ən yaxşı oyunçusu "Bakı" klubunun hücumçusu Rauf Əliyevdir. "Qarabağ"ın gənc müdafiəçisi Bədavi Hüseynov isə dəqiq ötürmələrin sayında fərqlənib. "Qəbələ"li Lorenzo Ebesilio ən çox driblinq edən, komanda yoldaşı Rail Məlikov isə rəqibdən ən çox top alan futbolçudur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30