9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Azərbaycanla oyunda qələbəni düşünürük"

"Məğlubiyyət heç kimi qane etmir. Uduzmağımızın səbəbini baş məşqçi və onun köməkçiləri təhlil etməlidir".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Kipr Futbol Federasiyasının sözçüsü Konstantinos Siambullis UEFA Millətlər Liqasının I turunda evdə Monteneqroya 0:2 hesabı ilə uduzduqları matç barədə danışarkən deyib.

O, Nikolas İoannunun şəxsi istəyi ilə komandanın heyətindən çıxarılması barədə də danışıb. Siambullis futbolçunun dürüst olduğunu və özünü yaxşı hiss etmədiyini söyləyib. Federasiya rəsmisi baş məşqçinin və qurumun İoannu ilə bağlı qərarı Azərbaycanla matçdan sonra verəcəyini söyləyib.

Siambullis II turda Azərbaycana qarşı keçirəcəkləri qarşılaşmada yalnız 3 xal üçün mübarizə aparacaqlarını diqqətə çatdırıb: "Qrupda son yeri müzakirə etmək belə istəmirik. Azərbaycanla matça hazırlıq bərpa və fitneslə başladı. Bu gün isə müntəzəm məşq olacaq. Bu oyunda yalnız qələbə qazanmağı düşünürük. Mövcud vəziyyəti dəyişdirməyə və yaxşı şərtlərlə davam etməyə çalışacağıq. Bunun üçün vaxt və səbr lazımdır. Bunu bir gecədə edə bilməzsiniz".

Qeyd edək ki, sentyabrın 8-də Nikosiyadakı GSP stadionunda keçiriləcək Kipr - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30