29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Neftçi" yeni əməkdaşlıq müqaviləsi imzaladı

"Neftçi” Peşəkar Futbol Klubu ilə "Meqa Sığorta” ASC arasında 2019-cu il yanvarından etibarən başlayan brend əməkdaşlığının müddəti uzadılıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi ilə şirkət arasında bununla bağlı razılıq əldə edilib və daha bir il müddətinə əməkdaşlıq sazişi imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, "Neftçi”nin əsas və əvəzedici heyətinin oyun formalarında "Meqa Sığorta” ASC-nin loqosu əksini tapacaq.

Həmçinin, klub tərəfindən qarşı tərəfin təbliğatı istiqamətində müxtəlif reklam xidmətləri göstəriləcək. "Meqa Sığorta” ASC isə bunun qarşılığında kluba maddi dəstək verəcək və müxtəlif sığorta xidmətləri göstərəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31