9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Elxan Məmmədov: "Çalışırıq ki, "Qarabağ" - "Molde" matçı Bakıda keçirilsin"

"Püşkə əsasən, oyun Bakıda olmalıdır. Lakin müxtəlif ölkələrdə fərqli-fərqli qaydalar tətbiq olunur. Bunu nəzərə alaraq, əlavə danışıqlar aparılır".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Report"a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov "Qarabağ" və Norveçin "Molde" komandaları arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin oyunu ətrafında yaranmış situasiyanı şərh edərkən deyib.

Milli assosiasiya rəsmisi oyunun Azərbaycan paytaxtında təşkili üçün Ağdam təmsilçisi ilə birgə çalışdıqlarını diqqətə çatdırıb: "AFFA, "Qarabağ" rəhbərliyi və nümayəndələri gün ərzində bir neçə dəfə UEFA, Norveç Futbol Federasiyası və "Molde" rəsmiləri ilə danışıqlar aparırlar. Hələ oyunun məkanı ilə bağlı qərar verilməyib. Çünki Norveçdə fərqli karantin rejimi tətbiq olunmaqdadır. Ümidvaram ki, tezliklə müvafiq qərar qəbul ediləcək".

Qeyd edək ki, "Molde" Azərbaycandan dönüşdə Norveçdə 10 günlük karantinlə üzləşəcəyini əsas gətirərək, "Qarabağ"la matçın neytral meydanda keçirilməsi xahişi ilə UEFA-ya müraciət ünvanlayıb. Avropa futbol qurumu hələlik oyunun konkret tarixi və məkanı ilə bağlı qərar qəbul etməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30