Ölkə futbolu
“Neftçi”də işləyən istənilən adam nədənsə qorxursa, burada ola bilməz”
"Neftçi"nin prezidenti Kamran Quliyev brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Sizdə intuisiyanın güclü olduğunu gördük. Potensial rəqiblərin sayı 3-ə enəndə "Qalatasaray"ın düşəcəyini dediniz. Bu, nə ilə bağlı idi?
- Həm intuitiv idi, həm də istəklə bağlı idi. Bizim futbolçulardan soruşun. Kim "Qalatasaray"la oynamaq istəməz? Qələbə olsa, bu, 3 qat, 5 qat daha şirin olacaq. Buna inanırıq. Klub, futbolçular, azarkeşlər üçün böyük oyundur.
- Qorxmursunuz, birdən əksi baş verər?
- Nədən qorxmalıyam? "Neftçi"də işləyən istənilən adam nədənsə qorxursa, burada ola bilməz. Belə oyunlarda uşaqlara motivasiya vermək lazım deyil. Qarşındakı klubun adı kifayət edir. Təbii ki, hər şey ola bilər. Biz meydana qələbə üçün çıxacağıq.
- Nəyə əsasən qələbəyə inanırsınız?
- İstək, fədakarlıq və təbii ki, ən əsası bizim adımız. "Neftçi"nin futbolçusu heç nədən qorxmamalıdır. Meydana çıxıb istənilən komandaya qarşı mübarizə aparmalıdır. Futbol adlardan ibarət deyil. Hər şeyi keyfiyyətə bağlamaq olmaz. İstək, bəxt amili də var. Cütün taleyi bir oyunla həll olunacaq. Ona görə də hər şey baş verə bilər.
- İndiki və ötənilki komandanı necə müqayisə edərdiniz?
- Fərqli komandalardır. Bəzi futbolçular bizi tərk edib. Yeni gələnlərə 2 oyuna görə qiymət vermək istəmirəm. Biz onları buraya 2 oyunluq gətirməmişik. Zaman lazımdır. Baxın, bazamız neçə ildir tikilir. Heç nə birdən-birə olmur. Futbolçular əvvəlcə adaptasiya prosesini keçməlidirlər. Onların "Neftçi"yə layiq olub-olmadığını zaman göstərəcək.
- Yeni hücumçunun gəlişinə nə mane olur?
- Burada pandemiya rol oynamır. Bir çox hücumçu texniki korpus tərəfindən izlənilib. 100 nəfərdən 2-3 nəfəri bəyənmişik. Baş məşqçimiz oyunçunu bəyəndikdən sonra bu məsələ maliyyə müstəvisinə keçir. Bu barədə isə problem yoxdur. Məncə, bu gün-sabah iş bitməlidir. Elə futbolçu var ki, daha yaxşı təklif alıb gedib. Buraya hər kəs gəlmir.
- Türkiyə klublarının maraqlandığı 2 futbolçu kimdir?
- Hətta böyük klubların biri də bizim 1 futbolçumuzla maraqlanırdı. Sadəcə danışıqlar hələ yekun mərhələdə deyil. Klubun və futbolçunun adını açıqlasam, düz olmaz. Xahiş ediblər ki, ad çəkməyək. Söz xatirinə deyilmiş söz deyil.
- Ən azından deyərdiniz, bunlar yerli oyunçulardır, yoxsa əcnəbi?
- Biri yerlidir, digər əcnəbi.
- "Qalatasaray"la oyundan sonra təklif gələn futbolçularınızın sayı arta bilər. Müsbət mənada sizin üçün başağrısına çevrilə bilər. Buna görə narahat deyilsiniz?
- Uşaqların "Neftçi" kimi böyük klubdan daha rəqabətli liqaya getməsi bizim üçün həm mənəvi, həm də maddi baxımdan maraqlı ola bilər.
- Amma mövsüm də başlayıb və onların yerini doldurmaq çətin ola bilər...
- Bəli, hər şeyi nəzərə almalıyıq. Müəyyən amillər var: futbolçunun gələcəyi, kluba gələcək xeyir. Bu gün "Neftçi" öz futbolçusunu yaxşı liqaya sata bilsə, o zaman Avropanın səviyyəli çempionatlarında çıxış edən klubların skautları tez-tez bizim Premyer Liqaya baxıb oyunçu istəyəcəklər. Çünki biz futbolçu satan ölkə deyilik. Nadir hallarda belə şey baş verir. Dünyada futbol biznesi var. Biz də buna qoşulmaq istəyirik. Məsələn, "Neftçi"yə Yusuf Laval gəlib. Adı siyahıda yoxdur. Bu gün burada yüksəlsə, müəyyən səviyyəyə çatsa, niyə də onu satmayaq və pul qazanmayaq? Bizim də öz idman prinsiplərimiz var. Qızıl medal qazanmaq, çempion olmaq istəyirik. Amma həm də digər klublar kimi pul qazanmaq istəyirik. Dünyada cəmi 3-4 komanda var ki, onlar futbolçu satmır. Digər klublar vaxtında yaxşı futbolçu tapırlar, onu heyətə cəlb edirlər. Müəyyən səviyyəyə çatdırıb, yaxşı qiymətə satırlar. Bu, sadə bir şeydir. Yeni nə isə icad etmirik.
- Azarkeşlərin "Qalatasaray"la oyunda tribunada olmaması həm bayramı korlayacaq, həm də klubu müəyyən gəlirdən məhrum edəcək. Bu, üzüntü yaşatmır?
- Bizim üçün böyük üzüntüdür. Əsl bayram azarkeşsiz ola bilməz. Nəinki matç ərzində, oyun ərəfəsində də nə qədər bayramlar ola bilərdi. Hamınız Avropa Liqasının finalının və həmin oyunun ətrafında baş verənlərin şahidi olmusunuz. Tədbirlər, fanatlarla görüş ola, "Qalatasaray"ın keçmiş ulduzlarını buraya dəvət edib azarkeşlərlə görüşdürmək olardı. Amma reallığa baxmaq lazımdır. Bu gün bütün dünya pandemiya ilə mübarizə aparırır. Bu, klubun kassasını möhkəmləndirmək, maliyyəni artırmaq üçün bir fürsət idi. Azarkeşlərə qadağa qoyulmasaydı, oyunu Bakı Olimpiya Stadionunda da keçirə bilərdik.
- Baş məşqçi Füzuli Məmmədov cəsarətli açıqlama verdi ki, "Qalatasaray"la oyunda qələbə şansı 100 faizdir. Bəs klub prezidenti hansı fikirdədir?
- Həmişə demişəm ki, oyuna çıxanda hər iki komandanın şansları bərabər olur. Burada güclü-zəif rəqib anlayışı yoxdur. "Neftçi" və "Qalatasaray" adlı-sanlı komandalardır. Ola bilər ki, kimsə kağız üzərində favoritdir. Füzuli müəllim komandanı oyuna kökləmək istəyir. Hamımız bilirik ki, matça bir məqsəd üçün çıxmalıyıq. Ona görə də onun belə fikirlər səsləndirməsi normaldır. Biz baş məşqçini dəstəkləyirik.
- "Qalatasaray"dan sizə zəng olubmu?
- Xeyr. Amma kluba yaxın adamlardan tanıdıqlarım var. Onlarla danışmışam.
- İlkin təəssüratları necədir?
- Dəfələrlə yazışdığım adam mənə deyir ki, necə oldu, bu qədər komanda arasından bir-birimizə rəqib olduq. Şükrü Hanedar var, 2 il öncə Avropa Klublar Birliyinin iclasında tanış olmuşuq. Onunla yazışdıq. Bu, bizə köməkdir.
- "Qalatasaray"la növbəti mərhələlərdə, məsələn, pley-offda düşmək istəməzdiniz? İki oyun keçirərdiniz...
- Xeyr, bir oyun daha sərfəlidir. Burada hər şey ola bilər. Bəlkə də, indi bir çox adam bizim şansımızın az olduğunu düşünür. Hər keçdiyimiz mərhələyə görə kluba əlavə vəsait gəlir. Qismət indiyə imiş. Hamımız üçün bu oyun bayramdır. Yeganə problem odur ki, görüş azarkeşsiz olacaq ("Report").
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”