29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Mahir Emreli “Top-50”də

“Qarabağ”ın futbolçusu Mahir Emreli Azərbaycan çempionatları tarixinin ən yaxşı 50 bombardiri siyahısına daxil olub.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, o, buna qol sayını 43-ə çatdırmaqla imza atıb.

Premyer Liqanın 2020/21 mövsümünün ilk turunun “Sabah”la görüşündə (2:0) dubl müəllifi olan hücumçu öncə 42-ci, ardınca 43-cü qolunu vurub. Emreli buna 120-ci oyununda nail olub. O, çempionatdakı qol sayında hərəyə 42 qol vuran Bəxtiyar Musayevlə Branimir Subaşiçi, həmçinin, bunadək eyni sayda fərqləndiyi Baqali Dabo, Fazil Əsədov və Leandro Qomeşi arxada qoyub. Mahir 43 qol vuran Elmir Xankişiyevə çatıb. Bu cütlük bombardirlər cədvəlində 48-49-cu yerləri bölüşür.

Bütün qollarını “Qarabağ”da vuran Emreli Premyer Liqada 2014/15 mövsümündə “Bakı”nın heyətində debüt edib.

Qeyd edək ki, bombardirlər siyahısına 183 qol vuran Nazim Əliyev başçılıq edir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31