29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Kamran Quliyev: “İki qardaş ölkənin ən böyük komandaları üz-üzə gələcək”

"Neftçi"nin prezidenti Kamran Quliyev UEFA Avropa Liqasının II təsnifat mərhələsinin püşkatmasını dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, "BeIN SPORTS'a açıqlamasında o, "Qalatasaray"a rəqib olduqları üçün sevindiklərini bildirib:

"Dünyada ortaya çıxan pandemiya səbəbindən oyun azarkeşsiz keçiriləcək. Möhtəşəm matç olacaq. İnanıram ki, bu qarşılaşma tarixə düşəcək. İki qardaş ölkənin ən böyük komandaları üz-üzə gələcək".

Komandaların şanslarını da qiymətləndirən klub prezidenti növbəti mərhələyə adlamaq istədiklərini deyib: "Hər oyun öncəsi şanslar bərabər olur. "Qalatasaray"ı evdə qəbul edəcəyik. Onların gücünə, tarixinə hörmətlə yanaşırıq. Amma biz də 83 illik klubuq. Bu oyundan gözləntilərimiz böyükdür. Mərhələni keçmək istəyirik".

Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da oynanılacaq "Neftçi" - "Qalatasaray" görüşü saat 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31