29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Emin Mahmudov: "Daha yaxşı oynamalıyıq"

"Neftçi”nin kapitanı Emin Mahmudov "Şkupi” üzərində qələbəni (2:0) dəyərləndirib.

Futbolxeber.az saytının məlumatına görə, İkinci qolda məhsuldar ötürmənin müəllifi bildirib ki, komanda Avroliqada uğurlu çıxış etmək üçün daha yaxşı oynamalıdır:

"Çox çətin oyun oldu. Rəqib çox qapalı oynadı deyə, hücum etməyə çətinlik çəkdik. Daha çox cinahdan oynamaq istəyirdik, çünki rəqib bizi mərkəzdən sıxışdırırdı. Nəticədə cinah ötürməsindən sonra qol vurduq. Oyuna daha çox nəzarət etməliyik.

İlk hissənin sonlarında yersiz top itirməyə başladıq. Şükür Allaha, mərhələni keçdik, amma Avroliqada uğurlu çıxış etmək üçün daha yaxşı oynamalıyıq. Məşqçimiz mərkəzdən daha az oynamağımızı tapşırdı deyə, sonuncu dəqiqəni saymasaq, ikinci hissədə rəqib əks-hücum yarada bilmədi”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31