29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Laçi"nin baş məşqçisi: “Penaltilər seriyasına hazırlaşmışdıq”

"Çətin oyun alındı. Rəqibimiz yaxşı komandadır. Buraya öz oyunumuzu sərgiləməyə gəlmişdik. Daha əvvəl də bu rəqibə qarşı oynamışdıq. Qələbə qazandığımız üçün şadıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Albaniyanın "Laçi" komandasının baş məşqçisi Armando Kunqu UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Keşlə"yə penaltilər seriyasında qalib gəldikləri matçdan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, azlıqda qaldıqdan sonra onlar üçün asan olmayıb: "Belə olan halda müdafiə olunmağa çalışdıq, daha sonra rəqibin futbolçusu qırmızı vərəqə aldı və oyunu penaltilər seriyasına daşımağı bacardıq. 2-3 qol epizodumuz olsa da, dəyərləndirə bilmədik".

Kunqu penaltilər seriyasına hazırlaşdıqlarını etiraf edib: "Buna hazır idik. Çünki bu mərhələ 1 oyundan ibarət idi".

Baş məşqçi qələbəni əzmkarlıq hesabına qazandıqlarını deyib. O, bəxt amilinin rol oynamadığını əlavə edib.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31