29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Qələbə şərhi: “Səhvlər var, işimiz bunu aradan qaldırmaqdır”

"Çətin olacağını bilirdik. Avropa Liqası tam başqa turnirdir. İlk hissədə oyunumuz alınmadı. Rəqib arxada qapanırdı".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının 1-ci təsnifat mərhələsinə Bakıda "Şkupi"ni məğlub edərək 2-ci raunda yüksəldikləri oyundan sonra deyib.

O, Şimali Makedoniya klubu üzərində 2:1 hesablı qələbəni belə şərh edib: "İlk yarıda istədiyimizi edə bilmədik. İkinci hissədə təzyiqi artırdıq, rəqib səhvlər etdi və qələbə qazandıq. Hər bir futbolçumuza təşəkkür edirəm. Səhvlər var, bizim işimiz bunu aradan qaldırmaqdır. Bütün "Neftçi" azarkeşlərini təbrik edirəm".

43 yaşlı mütəxəssis komandasının ilk hissədəki zəif çıxışı haqda deyib: "Rəqibin əks hücumdan oynayacağını gözləyirdik. Futbolçulara tapşırdım ki, cinahlardan hücum etməliyik. Əks hücumda bizi yaxalayırdılar. Sürətli əks hücuma çıxırdılar. Top itkiləri var idi. "Neftçi" topu saxlamaqla seçilib, amma bu dəfə belə deyildi. Bəzi oyunçular həyəcanlı ola bilər. Düşünürəm ki, bu, zamanla aradan qalxacaq. Heyətimizə yeni oyunçular da qatılıb".

F.Məmmədov futbolçuları Anton Krivotsyuk və Stiven Monrozun zəif çıxış etməsi ilə razılaşmayıb: "Krivotsyuk tam istədiyimi etdi. Mən bu fikirlə razı deyiləm. Top hücuma çox gəlməyəndə hücumçu az görünür. İkinci hissədə Monroz arxaya çəkilməyə məcbur olurdu. İkinci hissədə daha aktiv idi. Onu əvəzləsəydim, planımız dağıla bilərdi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31