8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Şerif"in baş məşqçisi: “Meydançanın durumu ÇL səviyyəsinə uyğun deyil”

“Bu gün Bakıda olmaqdan şadıq. “Qarabağ” cütün favoritidir".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Şerif”in baş məşqçisi Zoran Zekiç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Qarabağ”la sabah keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

- Rəqib artıq neçə mövsümdür avrokuboklarda daimi çıxış edir. "Qarabağ”ı Zaqreb “Dinamo”su ilə müqayisə edə bilərəm. Eyni səviyyəli komandalardır. Qurban Qurbanov artıq 12 ildir bu komandanın sükanı arxasındadır. Ümid edirəm ki, 3-cü duel bizim üçün uğurlu olacaq.

- “Sileks”in baş məşqçisi bildirmişdi ki, əvvəlki “Qarabağ”ı meydanda görə bilmədi. Siz həmin oyunu izləmisinizmi və o fikirlərlə razısınızmı?

- Əlbəttə ki, izləmişəm. Keyfiyyətli komanda, güclü məşqçi olanda yaxşı çıxış edir. “Qarabağ” da uzun müddət oynamasa da, yüksək keyfiyyətə malikdir. Rəqibin üstün cəhətlərini indi demək istəmirəm.

- Oyunun azarkeşsiz olmasını sizin üçün üstünlük saymaq olar?

- Azarkeşsiz oynamaq oyuna təsir edir. Futbol azarkeş üçün oynanılır və belədə ab-hava başqa cür olur. Bizim komanda uzun müddətdir Tiraspolda karantin şəraitində məşq edir. “Qarabağ” isə ev sahibidir. Azarkeşsiz oynamaq isə elə təəssürat yaradır ki, evində mebelsiz qonaq qəbul edirsən. Təbii ki, bu, bizim üstünlüyümüzdür. Meydançanın durumu təəssüf ki, Çempionlar Liqası səviyyəsinə uyğun deyil.

- Rəqibin heyətində ən çox çəkindiyiniz futbolçu kimdir?

- “Qarabağ” şübhəsiz, hərtərəfli güclü komandadır. Ən böyük üstünlükləri baş məşqçinin heyətdə böyük dəyişikliklər etməməsidir. Bu da komandanın oyununu avtomatikləşdirir. Matiç, Ozobiç, sol cinah müdafiəçisi, həmçinin sağ və sol cinah oyunçularını fərqləndirə bilərəm. Ən çox Qara Qarayevi qeyd edə bilərəm. Onun oyununu çox bəyənirəm. Təəssüf ki, o, bizdə deyil.

- Cütün taleyini bir oyun həll edəcək. Bunu 90 dəqiqədə həll etmək mümkün olacaq?

- Meydanda tək biz olmayacağıq. Hər şey bizim əlimizdə deyil. “Qarabağ” haqda mediada o qədər yazırlar ki, bizim meydana çıxmağımıza ehtiyac qalmır.

- Sizin sərəncamınızda “Qarabağ”ı yaxşı tanıyan Riçard Qadze var. Ondan necə yararlanmağı düşünürsünüz?

- Bu, oyunun gedişindən asılıdır. Biz bütün komanda ilə oyuna hazırlaşırıq və matçın gedişində dəyişikliklər edə bilərik (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30