29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Ayxan Abbasov: “Şkendiya” olduqca güclü heyətə malikdir”

Olduqca güclü heyətə malikdirlər. Rə

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Sumqayıt” Şimali Makedoniyanın "Şkendiya" klubu ilə üz-üzə gələcək.

Futbolxeber.az saytının klubun rəsmi Feysbuk səhifəsinə istinadən verdiyi məlumata görə, baş məşqçi Ayxan Abbasov püşkün nəticəsini dəyərləndirib: “Tariximizdə ilk dəfə qatılacağımız Avropa Liqasındakı rəqibimizin kimliyini səbirsizliklə gözləyirdik. Dünən axşam məlum olan 4 potensial rəqibləri demək olar ki, analiz etmişdik. Onların hamısı öz liqalarının güclü klublarından idi.

Püşkün nəticəsinə əsasən, Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcəyik. Rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Olduqca güclü heyətə malikdirlər. Rəqibin heyətinə nəzər yetirsək, görərik ki, ötən mövsümün ikinci bombardiri də məhz bu komandanın üzvüdür. Şimali Makedoniya təmsilçisinin ən böyük üstünlüyü isə “Sumqayıt”la oyuna qədər çempionatda 3 tur oynaması olacaq. Avropa Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31