9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Sileks”in baş məşqçisi: “Qarabağ” aşkar favoritdir, ancaq...”

"Potensial rəqiblərimizin hamısı əla komandalar idi. “Qarabağ” aşkar favoritdir, amma Avropada daha uzun yolun xəyalındayıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Sileks"in baş məşqçisi Qoran Simov deyib.

Şimali Makedoniya klubunun çalışdırıcısı yerli mətbuata açıqlamasında püşkü dəyərləndirərkən "Qarabağ"ı tərifləməklə yanaşı, Bakıya yaxşı nəticə üçün gələcəklərini də bildirib:

“Qarabağ” yeddi il Azərbaycan çempionu olmuş və mütəmadi olaraq Çempionlar Liqasına vəsiqə qazanan əla komandadır. Rəqibin 20 miyon avro büdcəsi var. Ancaq biz özümüzü və Makedoniya futbolunu rüsvay etmək üçün ora ağ bayraqla getmirik. Əvvəlki kimi əlimizdən gələnin ən yaxşısını edəcəyik. Futbolda 90 dəqiqə ərzində hər şeyin mümkün olduğu dəfələrlə görünüb. Ümid sonda ölür".

Qeyd edək ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 18-19 avqustda keçiriləcək. Bir oyundan ibarət bu mərhələdə "Qarabağ" rəqibini Bakıda qəbul edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30