8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

ÇL: "Qarabağ"ın potensial rəqiblərinin sayı dördə endi

"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı 4-ə enib.

Futbolxeber.az saytının məlumatına görə, püşk ərəfəsində 34 iştirakçı 5 qrupa bölünüb. Azərbaycan çempionu 4-cü qrupda “səpələnmişlər” səbətində yer alıb.

Bu isə o deməkdir ki, Ağdam təmsilçisi püşk zamanı nisbətən zəif komandaların cəmləşdiyi “səpələnməmişlər” səbətindən "Dinamo" (Brest, Belarus), "Riqa" (Latviya), "Tirana" (Albaniya) və ya "Sileks"dən (Şimali Makedoniya) birinə rəqib olacaq.

4-cü qrup

“Səpələnmişlər”

“Astana” (Qazaxıstan)

“Qarabağ” (Azərbaycan)

“Makkabi” (Təl-Əviv, İsrail)

“Dinamo” (Tbilisi, Gürcüstan)

“Səpələnməmişlər”

“Dinamo” (Brest, Belarus)

“Riqa” (Latviya)

"Tirana" (Albaniya)

“Sileks” (Şimali Makedoniya)

Qeyd edək ki, bu gün İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30