8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

AFFA-ya Premyer Liqamızın bu tarixdə başlaması təklif olundu

AFFA-nın İcraiyyə Komitəsinin 18 iyun 2020-ci il tarixli qərarna əsasən, 2020/2021-ci il mövsümündə ölkədaxili futbol yarışlarının keçirilməsi və milli komandaların təlim-məşq toplanışları üçün təqvim planının hazırlanması məqsədilə İşçi Qrup yaradılıb.

Futbolxeber.az saytının məlumatına görə, qərara uyğun olaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqovu İşçi Qrupun sədri təyin edib.

Qrupunda tərkibində aşağıdakı şəxslər yer alıblar:

Vaqif Sadıqov, AFFA-nın vitse-prezidenti - sədr

Ağasəlim Mircavadov - Məşqçilər Komitəsinin üzvü

Cahangir Həsənzadə - AFFA-nın Texniki direktorunun səlahiyyətlərini icra edən

Vyaçeslav Xomenko - AFFA-nın baş həkimi

Elgiz Abbasov - PFL-in Texniki İdman şöbəsinin müdiri

İşçi Qrupun üzvləri aparılan müzakirələrdən və Premyer Liqada çıxış edən klubların rəyi öyrənildikdən sonra Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümünə bu il avqustun 21-də start verilməsi ilə bağlı təklifi AFFA-ya təqdim edib. İşçi Qrupun təklifi AFFA tərəfindən Peşəkar Futbol Liqasına təqdim olunub.

PFL tərəfindən çempionatın başlanma tarixi ilə bağlı qərar qəbul olunmazdan əvvəl COVİD-19 pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq AFFA tərəfindən müvafiq strukturlara müraciət olunub (affa.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30