8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

ÇL: "Qarabağ"ın bütün potensial rəqibləri məlumdu

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Qarabağ”ın I təsnifat mərhələsindəki bütün potensial rəqibləri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, Qurban Qurbanovun komandası səpələnmişlər səbətində olacaq ki, bu da nisbətən zəif rəqiblərin düşəcəyi deməkdir.

Həmin səbətdə “Qarabağ”la yanaşı, “Seltik” (Şotlandiya), “Astana” (Qazaxıstan), “Ludoqorets” (Bolqarıstan), “Srvena Zvezda” (Serbiya), “Legiya” (Polşa), “Makkabi” (Tel-Əviv, İsrail), “Molde” (Norveç), “Şerif” (Moldova), “Ferensvaroş” (Macarıstan), “Dandolk” (Şimali İrlandiya), “Slovan” (Bratislava, Slovakiya), “Suduva” (Litva), “Omoniya” (Kipr), Rumıniya çempionu, “Sarayevo” (Bosniya və Herseqovina), “Dinamo” (Tbilisi, Gürcüstan) yer alacaq.

Səpələnməmişlər səbətində isə "Qarabağ"ın potensial rəqibləri - “Fola” (Lüksemburq), “Yurqorden” (İsveç), “Buduçnost” (Monteneqro), “Flora” (Tallin, Estoniya), “Dinamo” (Brest, Belarus), “Riqa” (Latviya), “Konnahs Kuey” (Uels), “Europa” (Cəbəllütariq), “Klaksvik” (Farer adaları), “Reykyavik” (İslandiya), “Tirana” (Albaniya), “KuPS” (Finlandiya), “Sileks” (Şimali Makedoniya), “Floriana” (Malta), "Çelye" (Sloveniya) yer alıb.

Beləliklə, "Qarabağ"ın ölkə çempionu olan 15 potensial rəqibinin hamısı bəllidir. “Linfild” (Şimali İrlandiya) və “Tre Fiore” (San-Marino) isə ilkin mərhələnin qalibi kimi səpələnməmişlərdən olmağa 4 iddiaçıdan biridir. Bu oyunlar 8-11 avqustda keçiriləcək. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkü isə avqustun 9-da atılacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30