8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Avroliqa: "Sumqayıt"ın üçün çətin, "Neftçi" üçün 37 potensial rəqib

Ölkəmizi ilk dəfə Avropa Liqasında təmsil edəcək "Sumqayıt"ın 1-ci təsnifat mərhələsinin püşkatmasında hansı səbətdə yer alacağı müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, "gənclik şəhəri" təmsilçisi “səpələnməmişlər” sırasında olacaq. Bu isə o deməkdir ki, Ayxan Abbasovun komandası püşkatma zamanı nisbətən güclü rəqiblə düşəcək.

“Səpələnmişlər” səbətində yer alacağı daha əvvəldən bilinən "Neftçi"nin isə potensial rəqiblərindən biri də müəyyənləşib. Rumıniya təmsilçisi "Botoşani" 1-ci təsnifat mərhələsində "Neftçi"yə rəqib ola bilər.

Ümumilikdə, 1-ci təsnifat mərhələsinin 79 iştirakçısı bəllidir. Onlardan 38-i “səpələnmişlər”, 40-ı “səpələnməmişlər”, 1-nin isə səbəti hələ dəqiqləşməyib. “Səpələnmişlər” sırasında qərarlaşan “Neftçi”nin 37 potensial rəqibi bəllidir. "Ağ-qaralar" "Sumqayıt" və iki Ermənistan klubu ilə qarşılaşmayacaq. “Sumqayıt”ın isə 36 mümkün rəqibi məlumdur. Komanda “Neftçi” və Ermənistan klubuna rəqib olmayacaq. Səbəti müəyyənləşməyən yeganə klub isə “Keşlə”dir.

Qeyd edək ki, Avropa Liqasında 1-ci təsnifat mərhələsinin püşkü avqustun 10-da atılacaq.

“SƏPƏLƏNMIŞLƏR”

“Neftçi” (Azərbaycan), APOEL (Kipr), “Partizan” (Serbiya), “Styaua" (Rumıniya), “Maribor" (Sloveniya), “Hapoel” (Beer-Şeva, İsrail), “Rusenborq” (Norveç), “Apollon” (Kipr), “Fehervar” (Macarıstan), “Şkendiya” (Şimali Makedoniya), TNS (Uels), “Dinamo” (Minsk, Belarus), “Lex” (Polşa), “Aberdin” (Şotlandiya), “Jrinski” (Bosniya və Herseqovina), “Alaşkert” (Ermənistan)*, “Kayrat” (Qazaxıstan), “Jalgiris” (Vilnüs, Litva), “Motervell” (Şotlandiya), “Kukesi” (Albaniya), “Vaduts” (Lixtenşteyn), “Valletta” (Malta), “Ventspils” (Latviya), “Olimpiya” (Sloveniya), “Topola” (Serbiya), “Nomme Kalyu” (Estoniya), “Şaxtyor” (Belarus), “Hammarbü” (İsveç), “Hafnarfyordur” (İslandiya), “Bodo-Qlimt” (Norveç), “Riterlay” (Litva), “Proqress” (Lüksemburq), ÇSKA (Sofiya, Bolqarıstan), “Sutyeska” (Monteneqro), “Honved” (Macarıstan), “Makkabi” (Hayfa, İsrail), ”Beytar” (İsrail), “Ordabası” (Qazaxıstan), “Şemrok Rovers” (İrlandiya)

“SƏPƏLƏNMƏMİŞLƏR”

“Sumqayıt” (Azərbaycan), “Lokomotiv” (Plovdiv, Bolqarıstan), “Slaviya” (Bolqarıstan), “Botoşani” (Rumıniya), “Pyast” (Polşa), “Levadiya” (Estoniya), “Hibernians” (Malta), “Dunayska Streda” (Slovakiya), “Rujomberok” (Slovakiya), “Jilina” (Slovakiya), “Jelezniçar” (Bosniya və Herseqovina), “Laçi” (Albaniya), “Mura” (Sloveniya), “Puşkaş Akademi” (Macarıstan), “Saburtalo” (Gürcüstan), “Şkupi” (Şimali Makedoniya), “Petrokub” (Moldova), “Union” (Lüksemburq), “Differdanj” (Lüksemburq), “Jalgiris” (Kauno, Litva), “Riqa” (Latviya), “Valmieras” (Latviya), “Noa” (Ermənistan)*, “Şirak” (Ermənistan)*, “Renova” (Şimali Makedoniya), “Boraç” (Bosniya və Herseqovina), “Sfantul Qeorqe” (Moldova), “Dinamo-Avto” (Moldova), “Bohemians” (İrlandiya), “Derri Siti” (İrlandiya), “İnter” (Finlandiya), “İlves” (Finlandiya), “Honka” (Finlandiya), “Breydablik” (İslandiya), “Bala Taun” (Uels), “Dinamo” (Batumi, Gürcüstan), “Lokomotivi” (Gürcüstan), “Sirens” (Malta), “Vikinqur” (İslandiya), “Payde” (Estoniya)




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30