9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

"Qəbələ"nin toplanışa başlayacağı vaxt bəlli oldu

"Qəbələ" futbol komandasının təlim-məşq toplanışına başlayacağı vaxt müəyyənləşib.

Futbolxeber.az saytnın məlumatına görə, bu barədə "Report"a əyalət təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev açıqlama verib.

40 yaşlı mütəxəssis iyulun 20-də komanda şəklində koronavirus testindən keçdikdən sonra məşqlərə başlamaq istədiklərini bildirib.

Baxşıyev Qəbələdə olan digər komandalarla yoxlama matçları üçün danışıqlar aparıldığını söyləyib. Baş məşqçi yerli futbolçuların hələ ki, komanda olduğunu və toplanışa qatılacaqlarını sözlərinə əlavə edib: "İnanıram ki, komanda ilə vidalaşan əcnəbi futbolçuların yerlərini dolduracağıq".

Əyalət təmsilçinin baş meneceri Zaur Əzizov hələ ki, bütün yerli futbolçularla razılıq əldə etmədiklərini və danışıqların davam etdiyini bildirib.

Qeyd edək ki, "Qəbələ"nin heyətində Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmli "Sabah"a, Klesio Bauk isə "Zirə"yə keçib. Daha əvvəl İvitsa Juniç və Merab Qiqauri "Qəbələ" ilə vidalaşıb.

Xatırladaq ki, avrokuboklara hazırlaşan komandalar Bakıdan kənarda hazırlıq keçir. "Qarabağ"la yanaşı, "Neftçi" və "Sumqayıt" Qəbələdə məskunlaşıb, "Keşlə" isə Şamaxını seçib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30