8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Millimizin hücumçusu “Koventri”nin hədəfində

İngiltərənin "Vulverhempton" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Çempionşip təmsilçisi "Koventri"nin əsas transfer hədəflərindən biridir.

Futbolxeber.az saytının məlumatına görə, klub 21 yaşlı hücumçu ilə yanaşı, "Monako"nun mərkəz müdafiəçisi Conatan Panzonu heyətinə qatmaq istəyir.

Klub hər iki oyunçu üçün danışıqları davam etdirir. Dadaşovun icarəyə verilməsinə və ya başqa kluba satılmasına baş məşqçi Nunu Eşpiritu Santu qərar verəcək.

Qeyd edək ki, Renat Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb. O, hələ əsas komandada debüt etməyib ("Report").

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30