8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Qəbələ" rəsmisi: "Heyətin böyük hissəsi ilə razılıq əldə edəcəyik"

"Artıq çempionatın start vaxtı bilinir. Biz də yaxın günlərdə komanda ilə Qəbələdə toplaşacağıq. Bu gün və ya sabah tarix bəlli olacaq".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri "Reprot"a açıqlamasında "Qəbələ"nin baş meneceri Zaur Əzizov deyib. Klub rəsmisi imkanları daxilində komandaya yeni futbolçular cəlb edəcəklərini bildirib.

Əzizov müqavilələri yeniləmək üçün futbolçularla danışıqlar aparacaqlarını da sözlərinə əlavə edib: "Məşqçilər korpusu bizə bütün futbolçuları saxlamaq istədiklərini söyləyib. Amma büdcəmiz buna nə qədər imkan varəcək? Hazırda onun müzakirəsi gedir. Demək olar ki, bütün futbolçularımız komandada qalmaq istədiklərini bildiriblər. Ümid edirik ki, heyətin böyük hissəsi ilə razılıq əldə edəcəyik".

Qeyd edək ki, "Qəbələ" yarımçıq dayandırılan 2019/2020 mövsümünü 20 oyundan sonra 19 xalla 8-ci pillədə başa vurub və Azərbaycan Kubokunun yarımfinalınadək irəliləyib. Azərbaycan Premyer Liqasında yeni mövsümün avqustun 14-də başlayacağı planlaşdırılır.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30