28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Maykl Essyen “Səbail”dən ayrıldı

"Səbail" klubu ulduz futbolçusu Maykl Essyenlə yollarını ayırıb.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə klubun Müşahidə Şurasının üzvü Cahangir Həsənzadə açıqlama verib.

Onun sözlərinə görə, qanalı yarımmüdafiəçinin başa çatan müqaviləsi uzadılmayıb.

Həsənzadə Essyenə hazırda klubda və akademiyada hansısa vəzifə verilməsi ilə bağlı müzakirələrin getmədiyini söyləyib: "Daha əvvəl belə bir niyyət var idi. Kluba gələndə öz istəyi idi ki, klubumuzun U-19 komandasında köməkçi-məşqçi qismində çalışsın. Biz də bunda maraqlı idik. Düşünürdük ki, belə bir dünya səviyyəli oyunçu futbolun sirlərini bizim yeniyetmələrimizə aşılasın. Belə futbolçular Azərbaycana az sayda gəlir. Amma təəssüf ki, müqaviləsi bitəndən sonra bu məsələ gündəmə gəlmədi".

Azərbaycan millisinin sabiq qapıçısı "Maykl Essyen "Səbail"dən birdəfəlik getdi" sualına belə cavab verib: "Bəli, elədir. İyulun 18-də Bakıdan Londona uçacaq".

Qeyd edək ki, Maykl Essyen "Səbail"ə 2019-cu ilin martında keçmişdi. O, karyerası ərzində İngiltərənin "Çelsi", İspaniyanın "Real" və İtaliyanın "Milan" klublarının şərəfini qoruyub ("Report").  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31