8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Bu gün Premyer Liqamızın taleyinə aydınlıq gələcək

Bu gün AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında iclası olacaq.

Futbolxeber.az saytının məlumatına görə, saat 11:00-da başlayacağı gözlənilən toplantıda Azərbaycan Premyer Liqası və ölkə kubokunun taleyi müzakirəyə çıxarılacaq. Hər iki yarışın ləğv olunacağı ehtimal edilir.

Bu, baş tutarsa, o zaman “Qarabağ” çempion elan olunacaq. Turnir cədvəlində ikinci yeri tutan “Neftçi” gümüş, “Keşlə” isə bürünc medala sahib çıxacaq. Bu 3 komanda ilə yanaşı, dördüncü pillədə qərarlaşan “Sumqayıt” da tarixində ilk dəfə ölkəmizi avrokuboklarda təmsil etmək hüququ qazanacaq.

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin son iclasında koronavirus pandemiyası səbəbindən martın 13-də dayandırılmış Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa olunmasına qərar verilmişdi. Lakin sonradan Bakıda həftəsonları üçün tətbiq olunan sərt karantin rejimi çempionatın bərpasını imkansız edir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30