8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Neftçi" - "Qəbələ" oyununun vaxtı dəyişdirildi

"Neftçi”nin "Qəbələ” ilə keçirəcəyi yoxlama oyununun vaxtı dəyişdirilib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oyun əvvəlcədən nəzərdə tutulduğu kimi iyunun 14-də deyil, 13-də baş tutacaq.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bu ayın 14-15-də yaşayış yerini tərk etməklə bağlı qadağa qoyması buna səbəb olub. "Bakcell Arena”da keçiriləcək yoxlama görüşü saat 19:00-da başlanacaq.

Qeyd edək ki, "Neftçi” hazırlıq çərçivəsindəki ilk sınaq oyununda dünən "Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib. “Qəbələ” isə səfərdə “Sumqayıt”la heç-heçə edib - 2:2.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30