9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Azərbaycan kubokunda 6 əvəzetmə

Azərbaycan kubokunda 6 əvəzləməyə icazə verilib.

Futbolxeber.az saytının məlumatına görə, PFL-in açıqladığı 2019/2020-ci illər mövsümünün Əsasnaməsinə əlavədə bununla bağlı qeyd var.

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) koronavirus pandemiyası səbəbindən oyunçu dəyişikliyini 5-ə yüksəltsə də, Azərbaycan kubokunda bu say 6 olacaq. Kubokdakı əvəzləmə limiti 3+1 idisə, bu mövsümün yarımfinal və final qarşılaşmalarında bu, 5+1 olacaq. Yəni matçlar əlavə vaxta qalarsa, komandalara 6-cı dəyişiklik imkanı veriləcək.

İFAB-la Peşəkar Futbol Liqası arasında aparılan danışıqlardan sonra beynəlxalq qurum 90 dəqiqədə 5, əlavə vaxtda isə 1 əvəzləmə edilməsinə razılıq verib. Bu təlimat artıq klublara da göndərilib.

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinalında “Sumqayıt” “Qarabağ”la, “Qəbələ” isə “Zirə” ilə qarşılaşacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30