Ölkə futbolu
"Hafiz Məmmədov futbolda yoxdusa, tikib-qurduğunu söküb-dağıtmaq lazımdır?!"
Keçmiş FİFA referisi Tahir Süleymanov “Bakı”nın bazasının sökülməsi ilə bağlı özünün Feysbuk səhifəsində “Bakı”nın stadion-bazası sökülür” başlıqlı yazı paylaşıb. Futbolxeber.az saytı həmin yazını təqdim edir:
“Vaxtilə bolşeviklər çarı devirəndən sonra tarixi binaları, məscidləri, kilsələri söküb-dağıdırdılar. Uçurdurdular ki, yeni həyat quracaqlar. İndi Hafiz Məmmədov futbolda yoxdusa, futbol üçün tikib-qurduğunu söküb-dağıtmaq lazımdır?!
"Bakı"nın stadion-bazasına 10 milyon dollarla vəsait xərclənib. Paytaxtın o hissəsində yeganə futbol bazasıdır, 300-500 min əhalini əhatə edir(di). Neçə-neçə təbii, süni ot örtüklü meydançalar, akademiya, istənilən şərait yaradılmışdı...
Fitnes zallarına, tibbi avadanlıqlara külli miqdarda pullar xərclənmişdi. İndi federasiya bölgələrdə 1-2 akademiya inşa etdirir, futbolun inkişafından danışılır. "Bakı" bazasına sərf edilən maliyyə ilə onlarla belə futbol məktəbi ərsəyə gətirmək olar...
Bu gün kiminsə imkanları məhduddursa, o stadion-baza niyə sökülsün ki? Pul yoxdur? Vəsait yoxdursa, çıxış yolları var... UEFA belə məsələlərə hər zaman həssas yanaşır.
Stadion-bazanın aqibəti ilə beynəlxalq qurumlar əsaslı məlumatlandırılsaydı, heç şübhəsiz vəziyyət müsbətə doğru həll edilə bilərdi. UEFA müxtəlif layihələr çərçivəsində ölkələrə milyonlarla avro yardım edir. Elə karantinə görə federasiyalara nə qədər köməklik göstərdi...
Vaxtilə "Şəfa" stadionu da futbol qurumunun köməyi ilə inşa edilmişdi. UEFA "Bakı"nın stadion-bazası üçün 10 milyonlarla uzunmüddətli kredit də ayıra bilərdi. Yetər ki, istək olaydı. Futbol naminə qurğu alınar, xalqa, Azərbaycan futboluna uzun illər xidmət edərdi...
"Bakı" stadion-bazasında ən azı 300-500 insan çalışır, evinə, ailəsinə çörək aparırdı. Bir zavod, fabrik demək idi. Bu, tək futbol yox, həm də iqtisadiyyat, əhalinin məşğulluq məsələsi idi...
Ölkə başçısı hansı stadionların açılışında olub, şəxsən iştirak edib, bu gün böyük futbolsuz qalıb. Lənkəran, Yevlax, İmişli... İndi də "Bakı"nın bazası sökülür. İnqilabçıların dili ilə desək, sabotajdır. Olmur belə, olmamalıdır...
Müasir stadionlar ona görə tikilməyib ki, boş qalsın, 5-10 ildən sonra sökülsün, viranə qoyulsun.Tək futbol adına deyil, ölkə, dövlət, dövlətçilik, millətin sağlam genefondu adına bir cinayətdir.
Stadionlar yüz minlərlə uşağın sabaha ümid çırağıdır. O çırağı söndürmək gələcək nəsillərin ümidlərinin qırılması deməkdir. Damarlarda axan qan yaşıl meydanlarda, döyüş meydanlarında özünü göstərməlidir, tək qanvermə aksiyalarında yox!”
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”