9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

Millimizin futbolçusu Stiven Siqalla görüşündən danışdı

"Azərbaycan milli komandası ilə Norveçlə qarşılaşanda Stiven Siqal döyüş sənətləri məktəbi açmaq üçün Bakıda idi. Komandamızın məskunlaşdığı oteldə iki gün qaldı və matçımızı izlədi".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Almaniyanın "Aue" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov ABŞ-ın tanınmış iş adamı və aktyoru Stiven Siqalla görüşü baradə danışarkən deyib.

30 yaşlı hücumçu həmin vaxt onunla bir araya gəldiyini və bunun özü üçün təcrübə olduğunu bildirib. Nazarov Siqalın filmlərinə baxmağı çox xoşladığını sözlərinə əlavə edib. Oyunçu tanınmış aktyorla çəkdirdiyi fotonu indiyədək "WhatsApp"da profil şəkli kimi saxladığını vurğulayıb.

Qeyd edək ki, Dmitri Nazarov 2014-cü ildən Azərbaycan millisinə dəvət alır. Təcrübəli forvard "Ersgebirge"də 2016-cı ildən çıxış edir. Həmin il Azərbaycan yığması Norveçi DÇ-2018-in seçmə oyununda 1:0 hesabı ilə məğlub edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30