9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Qəbələ”dən rekord göstərici

“Qəbələ” hazırkı UEFA reytinqində 148-ci yerdə qərarlaşıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, son 5 avrokubok mövsümünün nəticələrinə əsasən tərtib olunan siyahıda “qırmızı-qaralar” 7,500 xala malikdir.

Komanda 2015/16 və 2016/17 mövsümlərinin hərəsində 2,000, 2017/18 və 2018/19 mövsümlərinin hər birində isə 1,000 xal qazanıb. Koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümdə çıxışını başa vuran “Qəbələ” aktivinə daha 1,500 xal əlavə edib. Bununla da əmsalını 7,500-ə çatdıran “qırmızı-qaralar” 148-ci sırada yer alıb.

Bu, klub tarixinin rekord göstəricisidir. Belə ki, “Qəbələ” cari mövsümədək heç vaxt belə yüksək mövqedə qərarlaşmayıb.

Avrokuboklarda debüt etdiyi 2014/15 mövsümündə siyahıya daxil edilən “qırmızı-qaralar” debütdə 358-ci yerdə qərarlaşıb. Növbəti il 253-cü, sonradan 185-ci olan “Qəbələ” hər dəfə xal hesabını da artırıb.

2017-ci ilin yayından etibarən klub reytinqinin hesablama metodu dəyişdirilib. Nəticədə həm xallar azalıb, həm də geriləmə qeydə alınıb. Həmin vaxt mövsümü 191-ci sırada tamamlayan “Qəbələ” ötən yay 173-cü yerə qədər yüksəlib. Bu, klub tarixinin rekordu idi ki, cari mövsümdə həmin göstərici 25 pillə də yaxşılaşdırılıb.

“Qəbələ” UEFA reytinqində

2014/15 - 2,750 (358-ci yer)

2015/16 - 5,225 (253-cü yer)

2016/17 - 7,800 (185-ci yer)

2017/18 - 5,250 (191-ci yer)

2018/19 - 6,250 (173-cü yer)

2019/20 - 7,500 (148-ci yer)

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30