29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Əvəzetmə sayı AFFA İcraiyyə Komitəsində müzakirə olunacaq

COVİD-19 pandemiyası ilə əlaqədar futbol oyunlarına fasilə verilməsi və Azərbaycan Premyer Liqasında oyunların bərpa olunacağı təqdirdə bütün texniki detalları nəzərə alaraq, AFFA oyun ərzində əvəzetmə sayının artırılmasına icazə verilməsi barədə FIFA-ya rəsmi müraciət ünvanlamışdı.

Məlumata görə, AFFA ilə yanaşı, bir neçə digər milli assosiasiya da FIFA-ya eyni məzmunlu müraciət edib. AFFA-ya daxil olan məlumatda Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) tərəfindən daxili çempionatlarda əvəzetmə sayının 5-ə qədər yüksəldilməsinə icazə verildiyi və bununla bağlı yekun qərarın qəbul olunmasının milli assosiasiyaların səlahiyyətində olması bildirilir.

Premyer Liqada oyunların bərpa olunacağı halda bu məsələ AFFA İcraiyyə Komitəsinin videokonfrans formatında keçirilməsi ehtimal olunan növbəti iclasında müzakirəyə çıxarılacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31