29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qarabağ”dan 3 futbolçuya yeni müqavilə təklifi

Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” gələn mövsümün planlarını qurmaqda davam edir.

Futbolxeber.az saytının məlumatına görə, baş məşqçi Qurban Qurbanov daha 3 futbolçu ilə bağlı qərarını verib.

Təcrübəli mütəxəssis uzun müddətdir komandanın şərəfini qoruyan müdafiəçilər Bədavi Hüseynov, Maksim Medvedev və hücumçu Mahir Emrelinin qalmasını istəyib. Məhz çalışdırıcının tələbindən sonra klub rəhbərliyi adıçəkilən oyunçularla təmas qurub. Hər 3 oyunçu yeni sazişə müsbət yanaşır.

Ağdamlıların Bədavi və Maksimlə bağlı hər hansı bir narahatlığı yoxdur. Gələn mövsümdən əsas kapitan funksiyasını yerinə yetirəcək Medvedev və vitse-kapitanlardan olacaq Hüseynovun yeni sözləşmə bağlayacaqlarını indidən demək olar. Emrelinin qərarı isə ölkə xaricindən gələcək təkliflərdən asılı olacaq. Hücumçu daha iddialı klubdan dəvət almasa, “Qarabağ”dakı çıxışını davam etdirəcək.

Qeyd edək ki, “Qarabağ” müqavilə müddəti mövsümün sonuna qədər olan digər oyunçulardan Vaqner da Silva, Araz Abdullayev və Ailton Silva ilə yollarını ayırmağa hazırlaşır (apasport.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31