9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

“Təəccüblüdür ki, o, Azərbaycan millisində qol vura bilmədi”

Championat.com saytı 1990-cı illərdə Rusiya çempionanının bombardirləri olmuş futbolçular barədə yazı dərc edib.

Futbolxeber.az saytının məlumatına görə, yazıda millimizin sabiq hücumçusu Vəli Qasımova da yer verilib.

“Bilinəndə ki, daha ittifaq çempionatı olmayacaq, Vəli Qasımov Aleksandr Tarxanovla birgə “Spartak”a gəldi. Amma o, Moskva klubunda oynaya bilmədi. Ona görə də 1992-ci ilin iyulunda “Dinamo”ya keçdi. Qasımovun komandanın Rusiya çempionatında üçüncü yer tutmasında rolu oldu. Həmin mövsümdə o, 16 qol vuraraq çempionat qrupunun ən yaxşı bombardiri oldu” - deyə yazıda qeyd edilib.

Həmçinin bildirilir ki, sonrakı beş ili futbolçumuz İspaniyada “Betis”, “Albasete” və “Esixa”da keçirib. Sonra isə o, Portuqaliyad “Vitoriya” və “İmortal”da oynayıb: “Qasımov oynadığı bütün klublarda qol vursa da, təəccüblüdür ki, Azərbaycan millisində bir dəfə də fərqlənə bilmədi”.

Daha sonra Qasımovun futbolçu karyerasını başa vurduqdan sonra Azərbaycanın gənclər millisi və “Neftçi”də baş məşqçi işlədiyi xatırladılıb.

Qeyd edək ki, V.Qasımov 1994-98-ci illərdə Azərbaycan millisində oynayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30