Ölkə futbolu
“Yayılan informasiya həqiqəti əks etdirmir. Tikinti hara, futbol hara?”
“Millimizin bəzi üzvlərinin tikinti sektorunda işləməyi barədə yayılan xəbərlə tanışam. Hər kəs kimi, mən də bu xəbəri təəccüblə qarşıladım. Təbii ki, yayılan informasiya həqiqəti əks etdirmir. Tikinti hara, futbol hara?”
Futbolxeber.az saytına müsahibəsində bu sözləri qadınlardan ibarət futbol üzrə milli komandamızın baş məşqçisi Siyasət Əsgərov deyib.
Bu gün sportinfo.az saytı yığma üzvlərimizin bir neçəsinin məşğuliyyət sahəsini dəyişdiyi, bəzisinin tikinti sektorunda işləməyə başladığı, daha 2-3 xanımın isə restoranda ofisiant və supermarketlərdə satıcı kimi işə götürülməsi barədə informasiya yayıb.
Yığmamızın çalışdırıcısı yayılan informasiyanın kökündən yanlış olduğunu qeyd edib: “Xəbəri mənə millimizin üzvləri göndərdilər. Mənim kimi onlar da təəccüb içindədirlər. Əlbəttə ki, belə bir şey mümkün deyil. Biz daim milli üzvləri ilə əlaqədəyik. Yığmamın əksər oyunçuları ölkə xaricində çıxış edirlər. Nə onların, nə də ölkə daxilində forma geyən yığma üzvlərinin hər hansı bir çətinliyi yoxdu”.
Siyasət Əsgərov “Bəs, sizcə, bu xəbər nədən qaynaqlanıb” sualımızı belə cavablandırdı: “Mənə də aydın deyil. Bəlkə də karyerasını uzun illər öncə bitirmiş hansısa yığma üzvündən söhbət gedir. Amma hazırda millinin formasını geyən hər hansı bir futbolçunun peşəsini dəyişməsi yalandı. Biz istər ölkə daxilində, istərsə də xaricdə oynayan futbolçularımızı daim diqqətdə saxlayır, hər gün onlarla ünsiyyətdə oluruq. Əgər belə bir şey olsaydı, bu haqda ən birinci mənim məlumatım olardı. Lakin bu, tamamilə yanlış xəbərdi”.
Gənc məşqçi qeyd edib ki, AFFA rəhbərliyi nəinki hazırkı, hətta karyerasını bitirən yığma üzvlərini də daim diqqətdə saxlayır: “Tam əminliklə deyirəm ki, bugünkü gündə hansısa yığma üzvünün çətinlik, maddi sıxıntı səbəbindən peşəsini dəyişməsi qeyri-mümkündü. Çünki AFFA rəhbərliyi daim istər yerli çempionatda, istərsə də ölkə xaricində çıxış edən futbolçuların vəziyyəti ilə maraqlanır. Kiminsə özünün, yaxud ailəsində hər hansı bir çətinlik olarsa, dərhal rəhbərlik tərəfindən məsələ həll olunur. Üstəlik, söhbət təkcə hazırkı yığma üzvlərindən getmir. Karyerasını zədə və yaxud başqa bir səbəbdən başa vuran futbolçular da diqqətdən kənarda qalmır. Bildiyiniz kimi, tez-tez məşqçi kursları təşkil olunur və lisenziya alan yığma üzvləri işlə təmin olunurlar. Kimisi yığmada köməkçi məşqçi, kimisi klubda məşqçi kimi fəaliyyətini davam etdirir”.
S.Əsgərov deyib ki, karantin dövründə o da bütün məşqçilər kimi, futbolçularının fərdi şəkildə çalışmasını yaxından izləyir: “Hamı kimi biz də internet vasitəsi ilə əlaqə qururuq. Mən və köməkçilərim yığma üzvlərinin ən azı fiziki durumlarını qoruması üçün əlimizdən gələni edirik. Komanda üzvləri verdiyimiz proqram vasitəsi ilə fərdi şəkildə məşq edirlər”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi