29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Kəpəz”in toxunulmaz rekordu

Azərbaycan çempionatlarında 5 dəfə 10 top fərqli nəticə qeydə alınıb.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi” və “Kəpəz” hərəyə 2, “Turan” bir dəfə belə böyük hesabla qalib gəlib.

Mütləq rekord Gəncə klubuna məxsusdur. “Kəpəz” “Şəmkir”i 12 top fərqi ilə məğlub edib - 14:2. “Neftçi” ən böyük quru hesabın müəllifidir. Bakılılar “Şahdağ”ın qapısından 11 top keçirib. “Ağ-qaralar” həm də səfərdə ən böyük hesabla qalib gələn komandadır. “Neftçi” Sumqayıtda “Xəzər”in qapısına 10 cavabsız qol vurub. “Turan” eyni hesabla “Kürmük”ə qalib gəlib. İki ağır məğlubiyyət alan “Şahdağ” Gəncədə “Kəpəz”ə qol vursa da, 10 top fərqi ilə məğlub olub.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan cari mövsümün ən böyükhesablı nəticəsi bu il fevralın 15-də baş tutan “Zirə” - “Qarabağ” (0:6) görüşünə təsadüf edib.

10 və daha çox top fərqilə qazanılan qələbələr

1996/97 mövsümü

23.11.1996. “Kəpəz” - “Şəmkir” 14:2

1998/99 mövsümü

07.02.1999. “Neftçi” - “Şahdağ” Qs 11:0

1993/94 mövsümü

28.05.1994. “Turan” - “Kürmük” 10:0

1994/95 mövsümü

20.10.1994. “Xəzər” S - “Neftçi” 0:10

1998/99 mövsümü

19.09.1998. “Kəpəz” - “Şahdağ” Qs 11:1

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31