28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ”: 106 futbolçu, 15 bombardir

“Qəbələ”nin Azərbaycan Premyer Liqasında vurduğu qollara 106 futbolçu imza atıb.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın ən məhsuldar futbolçusu Viktor Mendidir. O, ölkə çempionatında 29 qol vurub. Seneqallı hücumçunun ən yaxın izləyicisi Dododur. Braziliyalı legioner rəqib qapılarına 23 dəfə yol tapıb. Daha bir futbolçu 20 qol səddinə çatıb. Bu, fransalı Baqali Dabodur.

Ümumiyyətlə, “Qəbələ”nin Premyer Liqadakı çıxışları tarixində 15 futbolçu 10 və ya daha çox qol vurmaqla bombardirlik bacarığını nümayiş etdirib. Bunlardan 11-i legioner, 4-ü yerli oyunçudur. Sonuncular arasında rekord Cavid Hüseynova məxsusdur. Hazırda “qırmızı-qaralar”ın heyətində çıxış edən Asif Məmmədov da siyahıda yer alıb. Onun aktivində 10 top var.

1. Viktor Mendi - 29

2. Dodo - 23

3. Baqali Dabo - 20

4-5. Filip Ozobiç - 16

Yannik Kamanan - 16

6-9. Cavid Hüseynov - 15

Stiven Monroz - 15

Daniel Subotiç - 15

Deon Barton - 15

10. Aleksey Qay - 14

11-12. Kənan Kərimov - 11

 Vitali Balamestnı - 11

13-15. Asif Məmmədov - 10

Samir Zərgərov - 10

Ceyms Adeniyi - 10




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31