9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Sabah"ın hücumçusu karyerasını bitirir

"Sabah"ın futbolçusu Marko Deviç karyerasını başa vurmaq qərarına gəlib.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə ukraynalı hücumçu özü müsahibəsində deyib:

"Vida matçı? Bu barədə düşünürəm. "Sabah"la müqaviləmin müddəti bu mövsümün sonu başa çatacağı üçün karyeramı bitirəcəyəm. Artıq özümü peşəkar futbolçular arasında görmürəm".

36 yaşlı oyunçu vida matçını Xarkovda keçirmək istədiyini vurğulayıb: "Amma yəqin ki, bu, olmayacaq. Bəlkə də vida görüşü vacib deyil, çünki futbolda çox şey etdim. Azarkeşləri, xüsusilə, Xarkovdak insanları sevindirə bildim".

O, futbolçu karyerasını başa vurduqdan sonra nə edəcəyi barədə isə bunları bildirib: "Bəlkə məşqçi və ya futbol agenti olacağam. Bu iki şey barədə düşünürəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30